...

Madrid derbisindən "Real" qalib ayrıldı

İdman Materials 10 Fevral 2019 00:52 (UTC +04:00)
"Real Madrid" futbol klubu İspaniya Çempionatının 23-cü turu çərçivəsində səfərdə "Atletiko Madrid" komandası ilə qarşılaşıb.
Madrid derbisindən "Real" qalib ayrıldı

Bakı. Trend:

"Real Madrid" futbol klubu İspaniya Çempionatının 23-cü turu çərçivəsində səfərdə "Atletiko Madrid" komandası ilə qarşılaşıb.

Trend-in məlumatına görə, matç "kral klubu"nun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesabı 16-cı dəqiqədə "Real" açıb, fərqlənən Kazemiro olub. Cəmi 9 dəqiqə sonra Antuan Qrizman oyunda hesabı bərabərləşdirib. Birinci hissənin sonlarında Serxio Ramos penaltini dəqiq yerinə yetirərək komandasını fasiləyə üstün yollayıb - 1:2.

İkinci hissənin 75-ci dəqiqəsində "Real"ın hücumçusu Qaret Beyl qol vuraraq hesabda fərqi artırıb.

"Real" və "Atletiko" cari mövsümdə üçüncə dəfə görüşüb. Komandalar avqustun 15-də İspaniya Superkuboku uğrunda (2:4) və sentyabrın 29-da ölkə çempionatının 7-ci turu çərçivəsində (0:0) qarşılaşıb.

Diyego Simeonenin komandası üzərində qələbə qazanan "Real" turnir cədvəlində ikincici pilləyə yüksəlib (45 xal), "Atletiko" isə aktivində 44 xalla üçüncüdür. Cədvələ 50 xalla "Barselona" başçılıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti