...

Belarus idmançısı: Azərbaycan gimnastları belə gözəl zalları olduğu üçün çox şanslıdırlar

İdman Materials 27 Aprel 2019 03:49 (UTC +04:00)
Düşünürəm ki, Azərbaycan idmançıları çox şanslıdırlar, çünki əla şəraitin yaradıldığı belə gözəl gimnastika zalları var.
Belarus idmançısı: Azərbaycan gimnastları belə gözəl zalları olduğu üçün çox şanslıdırlar

Bakı. Cani Babayeva - Trend:

Düşünürəm ki, Azərbaycan idmançıları çox şanslıdırlar, çünki əla şəraitin yaradıldığı belə gözəl gimnastika zalları var.

Bunu Trend-ə Belarus gimnastı Anastasiya Salos bildirib.

İdmançı əlavə edib ki, Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda təşkilatçılıq çox yaxşıdır, müraciət edən və yardıma ehtiyacı olan hər kəsə kömək edən çoxlu könüllülər var.

Kubokun ilk təsnifat günündəki çıxışından danışan A.Salos səhvləri olmasına baxmayaraq, yaxşı çıxış etdiyini deyib:

"İlk hərəkətlər çox yaxşı idi, əlbəttə ki, kiçik səhvlər var idi. İkincidə, çıxışın lap sonunda səhv etdim. Düşünürəm ki, daha çox şey edə bilərdim. Ancaq irəlidə hələ yarış var, fikrimcə, bu səhvləri düzəldə bilərəm. Bu il mən icra etdiyim bütün hərəkətləri sevirəm: onlar əhval-ruhiyyə, üslub və xaraktercə fərqlidirlər".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışına start verilib. Üç gün davam edəcək turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti