Bakı. Cani Babayeva - Trend:
Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kuboku çərçivəsində koreyalı idmançılarla görüşüb.
Qeyd edək ki, Bakıda 26-28 aprel tarixlərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilir. Turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.
Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.
Ötən gün Z.Ağamirova halqa ilə hərəkətlərdə 19.800 xal toplayaraq həmin alət üzrə final mərhələsinə vəsiqə qazanıb.