...

"Fənərbağça" səfərdə "Ərzurumspor"a minimal hesabla qalib gəlib

İdman Materials 21 May 2019 00:48 (UTC +04:00)
"Fənərbağça" futbol klubu Türkiyə Superliqasının XXXIII turu çərçivəsində “Ərzurumspor”un qonağı olub.
"Fənərbağça" səfərdə "Ərzurumspor"a minimal hesabla qalib gəlib

Bakı. Trend:

"Fənərbağça" futbol klubu Türkiyə Superliqasının XXXIII turu çərçivəsində "Ərzurumspor"un qonağı olub.

Trend-in məlumatına görə, "Kazım Qarabəkir" stadionunda keçirilən "Ərzurumspor" – "Fənərbağça" matçı qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda yeganə qolu 59-cu dəqiqədə penalti zərbəsindən Viktor Mozes vurub.

Qeyd edək ki, Türkiyə superliqasında "Qalatasaray" klubu artıq çempionluğunu rəsmiləşdirib. "Fənərbağça" komandası 43 xalla 8-ci, "Ərzurumspor" isə 32 xalla 17-cü pillədə - autsayderlər sırasında qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti