...

"Monako"nun "Atletiko"dan transfer etdiyi 23 yaşlı futbolçu kimdir?

İdman Materials 2 İyul 2019 16:53 (UTC +04:00)
Fransanın "Monako" futbol klubu heyətini gücləndirib.
"Monako"nun "Atletiko"dan transfer etdiyi 23 yaşlı futbolçu kimdir?

Bakı. Trend:

Fransanın "Monako" futbol klubu heyətini gücləndirib.

Trend-in məlumatına görə, "Monako" ötən mövsümün ikinci yarısında "Atletiko"dan icarəyə götürdüyü Jelson Martinşin transfer hüququnu rəsmiləşdirib.

23 yaşlı vingerin transferi üçün Madrid klubuna 22 milyon avro ödənilib. Portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb

Qeyd edək ki, Portuqaliya millisinin üzvü ötən yay Madrid klubuna 30 milyon avroya transfer edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti