Bakı. Trend:
Natiq İsmayılov "Zirə" Peşəkar Futbol Klubunun prezidenti vəzifəsindən istefa verib.
Trend-in məlumatına görə, bu barədə klubun Mətbuat xidməti məlumat yayıb.
"Zirə" N.İsmayılova göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirib və gələcək işlərində uğurlar arzulayıb.
Qeyd edək ki, N.İsmayılov klubda 2015-ci ildən çalışırdı.