Bakı. Trend:
İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Fabian Delf "Everton"a keçib.
Trend-in "Sports.ru"ya istinadən verdiyi məlumata görə, 29-yaşlı ingiltərəli İsveçrədəki yığımda artıq yeni komandasına qoşulub.
Daha əvvəl bu transferin 8 milyon funt qarşılığında həyata keçiriləcəyi bildirilirdi.
Qeyd edək ki, F.Delf 2015-ci ildən "Mançester Siti"nin heyətində çıxış edib. Premyer Liqanın ötən mövsümündə ingiltərəli 11 dəfə meydana çıxıb.