...

Bədii gimnastika üzrə 37-ci dünya çempionatının 4-cü günü start götürüb (FOTO)

İdman Materials 19 Sentyabr 2019 09:49 (UTC +04:00)
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının dördüncü günü start götürüb.
Bədii gimnastika üzrə 37-ci dünya çempionatının 4-cü günü start götürüb (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının dördüncü günü start götürüb.

Trend-in məlumatına görə, bu gün fərdi proqramda gürzlər və lentlə hərəkətlərdə təsnifat və final yarışları keçiriləcək.

Azərbaycanı yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis və Yelizaveta Luzan təmsil edəcək və gürzlərlə hərəkətlərdə çıxış edəcəklər.

19 sentyabrın təqvimi

09:00 - 11:00. B qrupu, təsnifat mərhələsi. Gürzlər və lent
11:15 - 13:10. A qrupu, təsnifat mərhələsi. Gürzlər və lent
14:10 - 15:50. D qrupu, təsnifat yarışı. Gürzlər və lent
16:05 - 17:50. C qrupu, təsnifat mərhələsi. Gürzlər və lent
19:30 - 20:00. Ayrı-ayrı alətlər. Final - gürzlər
20:05 - 20:35. Ayrı-ayrı alətlər. Final - lent
20:40 - 21:00. Mükafatlandırma mərasimi: Gürzlər və lent

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti