...

Gənc azərbaycanlı gimnast: Tamaşaçıların dəstəyi həyəcanın öhdəsindən gəlməyə kömək edir

İdman Materials 11 Oktyabr 2019 19:21 (UTC +04:00)
Tamaşaçıların dəstəyi yarışlarda həyəcanın öhdəsindən gəlməyə kömək edir
Gənc azərbaycanlı gimnast: Tamaşaçıların dəstəyi həyəcanın öhdəsindən gəlməyə kömək edir

Bakı. Cani Babayeva - Trend:

Tamaşaçıların dəstəyi yarışlarda həyəcanın öhdəsindən gəlməyə kömək edir.

Bunu Trend-ə bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinin iştirakçısı, “Ocaq Sport” klubunun təmsilçisi Fidan Ələddinova deyib.

O, bugünkü yarışlarda yaxşı çıxış etdiyini deyib:

“Bu cür vacib yarışlarda çıxış etmək çox maraqlı və məsuliyyətlidir. Əlbəttə, həyəcan da hiss olunur. Tamaşaçılar bizi fəal şəkildə dəstəkləyir, bu da bizə həyəcanın öhdəsindən gəlməyə kömək edir”.

Qeyd edək ki, oktyabrın 10-da bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatına start verilib.

Dördgünlük yarışda gimnastlar "gənclər", "yeniyetmələr", "uşaqlar" və "balacalar" yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti