Bakı. Trend:
Bakıda keçirilən Basketbol üzrə 27-ci Azərbaycan Çempionatının 1-ci dövrəsi başa çatıb.
Trend-in məlumatına görə, region klublarının da qatıldığı birincilikdə qalib adı uğrunda 8 komanda mübarizə aparır. Tamaşaçıların böyük marağı və dəstəyi ilə izlənən qarşılaşmalar Azərbaycan Texniki Universitetinin basketbol arenasında keçir.
“Aquavita” markası ənənəyə sadiq qalaraq bu dəfə də basketbolçularımızın yanındadır! Marka “TAC” şirkətinin əsas ideologiyalsı olan sağlam həyat tərzini dəstəkləyir və basketbol üzrə ölkə çempionatının rəsmi su partnyoru qismində çıxış edir.
Qarşıdurmaların fasiləsi və taymautlar zamanı oyunçular təbii suya ehtiyac duyurlar. İdeal balanslaşdırılmış, unikal tərkibə malik «Aquavita» suları onların orqanizmini lazımlı minerallarla zənginləşdirərək tonusda saxlamağa imkan verir.
Qeyd edək ki, 27-ci ölkə çemionatı bir sıra yeniliklərlə təşkil olunub. Çempionatın reqlamentində də dəyişiklik edilib. Yeni qaydalara əsasən komandalar dairəvi sistemlə 3 dövrədə üz-üzə gələcəklər. Bunun ardınca isə hər bir iştirakçının qatılacağı pley-off başlayacaq. Əsas mərhələdə 1-ci olan 8-ci ilə, 2-ci 7-ci ilə, 3-cü 6-cı ilə və 4-cü 5-ci ilə mübarizə aparacaq. 1/4 finalın qalibləri mükafatlar uğrunda yarışı davam etdirəcəklər. Çempionun adı mayın sonu və ya iyunun əvvəlində bilinəcək.
Turnirin 1-ci dövrəsinin yekun nəticələrinə əsasən "Zirvə" BK 15 xalla öndə gedir. "Gəncə","Atom", "Sərkərdə" klubları liderdən cəmi 2 xal ilə fərqlənirlər. "Atletik” 12 xalla, "Sıçrayış" və "Xırdalan" 11 xalla, "80-lər" 8 xalla turnir cədvəlinin aşağı pillələrində qərarlaşıblar.
Yüksək keyfiyyətə, mükəmməl dada və unikal mineral tərkibə malik «Aquavita» suları istehlakçıya olduğu kimi, təbiətin onu yaratdığı halında, təbii mineral tərikibi qorunub saxlanılaraq çatdırılır. Məhz bu xüsusiyyət «Aquavita»-nı yerli bazarda olan digər sulardan fərqləndirir.
«Aquavita» işdə, istirahətdə və idman məşğuliyyəti zamanı əvəzolunmazdır!