...

Yeniyetmələrin III Qış Olimpiya Oyunları start götürüb

İdman Materials 10 Yanvar 2020 17:51 (UTC +04:00)
İsveçrənin Lozanna şəhərində Yeniyetmələrin III Qış Olimpiya Oyunları start götürüb. Dünən yarışların təntənəli açılış mərasimi keçirilib.
Yeniyetmələrin III Qış Olimpiya Oyunları start götürüb

Bakı. Trend:

İsveçrənin Lozanna şəhərində Yeniyetmələrin III Qış Olimpiya Oyunları start götürüb.

Trend-in məlumatına görə, Yeniyetmələrin III Qış Olimpiya Oyunlarında 78 ölkədən 1872 idmançı mübarizə aparır. 15-18 yaşlı atletlər arasında təşkil edilən olimpiadanın proqramına əsasən, bu il ilk dəfə olaraq yarışacaq qız və oğlan idmançıların sayı bərabərdir.

Olimpiya Oyunlarında Azərbaycanı Yekaterina Ryabova təmsil edir. İdmançımız fiqurlu konkisürmə yarışlarında bacarığını nümayiş etdirəcək. Atletlər yanvarın 22-dək davam edəcək olimpiadada 16 idman növündə qalib və mükafatçıları müəyyənləşdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti