...

Eşli Yanq "İnter"in futbolçusu olub

İdman Materials 18 Yanvar 2020 05:15 (UTC +04:00)
İngiltərə futbolçusu Eşli Yanq "Mançester Yunayted"dən İtaliyanın "İnter" klubuna keçib
Eşli Yanq "İnter"in futbolçusu olub

Bakı. Trend:

İngiltərə futbolçusu Eşli Yanq "Mançester Yunayted"dən İtaliyanın "İnter" klubuna keçib.

Trend-in məlumatına görə, E.Yanqın "İnter" lə müqaviləsi 30 iyun 2020-ci ilə qədər nəzərdə tutulub. Transferin qiyməti 1,5 milyon avro təşkil edib.

34 yaşlı müdafiəçi İtaliya klubunda 15 nömrəli forma ilə çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti