Bakı. Trend:
“Qarabağ” “Fənərbağça”nın yarımmüdafiəçisi Alper Potuku transfer edə bilməyib.
Trend-in məlumatına görə, İstanbul komandası 28 yaşlı futbolçunu buraxmaq istəmir. Alperlə “Qarabağ”la yanaşı, “Rizəspor” və “Beşiktaş” klubları da maraqlanırdı.
Qeyd edək ki, Ağdam klubu türkiyəli futbolçunu mövsümün sonuna qədər icarəyə götürmək istəyirdi.