...

"Qalatasaray" səfərdə "Fənərbağça"nı məğlub edib

İdman Materials 23 Fevral 2020 22:05 (UTC +04:00)
Bu gün futbol üzrə Türkiyə Super Liqasının 23-cü turu çərçivəsində "Fənərbağça" öz meydanında "Qalatasaray"ı qəbul edib
"Qalatasaray" səfərdə "Fənərbağça"nı məğlub edib

Bakı. Trend:

Bu gün futbol üzrə Türkiyə Super Liqasının 23-cü turu çərçivəsində "Fənərbağça" öz meydanında "Qalatasaray"ı qəbul edib.

Trend-in məlumatına görə, oyun qonaq komandanın 1:3 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları M.Kruze (21-ci dəqiqə, penalti), R.Donk (40-cı dəqiqə), Falkao (79-cu dəqiqə, penalti) və Q.Onyekuru (90+7-ci dəqiqə) vurublar.

Oyun, həmçinin qırmızı kartlarla da yadda qalıb. Belə ki, "Fənərbağça"dan E.Yanal (meydandan kənarda), D.Turuç və qonaq komandadan Y.Belhanda qırmızı kart alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti