Bakı. Trend:
Türkiyənin "Fənərbağça" futbol klubu baş məşqçi Ərsun Yanalla yollarını ayırıb.
Trend-in məlumatına görə, 57 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaq əsasında ləğv olunub. İstanbul təmsilçisinin səlahiyyət sahibləri Ərsun Yanala karyerasında uğurlar arzulayıblar.
Qeyd edək ki, o, 2018-ci ildən "Fənərbağça"da idi və daha əvvəllər, 2013/2014 mövsümündə “sarı-lacivərtlilər”i çalışdırıb.