...

"Formula 1" yarışının ləğvi ilə bağlı hələlik qərar verilməyib - Operativ qərargah

İdman Materials 13 Mart 2020 22:30 (UTC +04:00)
"Formula 1" yarışının ləğvi ilə bağlı hələlik qərar verilməyib
"Formula 1" yarışının ləğvi ilə bağlı hələlik qərar verilməyib - Operativ qərargah

Bakı. İlhamə İsabalayeva - Trend:

"Azərbaycanda koronavirusa görə idman tədbirləri ləğv olunub, lakin "Formula 1" yarışının ləğvi ilə bağlı hələlik qərar verilməyib".

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, vəziyyətə uyğun olaraq "Formula 1" yarışı ilə bağlı qərar qərar qəbul olunacaq:

"Bu yarış yayda keçiriləcək, ona görə də hələlik heç bir qərar qəbul edilməyib".

Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.

Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti