...

"Napoli" qiymətinə görə Umtitini almaqdan imtina edib

İdman Materials 27 Aprel 2020 08:21 (UTC +04:00)
"Napoli" qiymətinə görə Umtitini almaqdan imtina edib

Bakı. Trend:

İtaliyanın "Napoli" futbol klubu İspaniyanın "Barselona" klubunun fransalı müdafiəçisi Samuel Umtitini qiymətinə görə almaqdan imtina etdi.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, "Barselona" fransız oyunçunun komandada qalmaq arzusunu dəfələrlə bildirməsinə baxmayaraq S.Umtitini transferə çıxarıb. Klubun maddi sıxıntı yaşadığı və müdafiəçinin satışından 50 milyon avro qazanmaq istədiyi qeyd olunur.

Koronavirus pandemiyası səbəbindən hazırda oyunçulara olan tələbat düşür, buna görə daha əvvəl 26 yaşlı oyunçuya maraq göstərən "Napoli" bu qiymətin həddindən artıq baha olduğunu düşünür.

Samuel Umtiti 2016-cı ildə "Barselonaya" fransız "Lion" klubundan keçib. Müdafiəçi Fransa Kuboku və Super Kubokunun sahibi, iki qat İspaniya çempionu, iki dəfə İspaniya Kuboku və Super Kubokunun qalibidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti