...

PSJ İkardiyə 10 milyon avro maaş təklif etmək niyyətindədir

İdman Materials 25 May 2020 09:56 (UTC +04:00)
PSJ İkardiyə 10 milyon avro maaş təklif etmək niyyətindədir

Bakı. Trend:

Fransanın "Pari-Sen Jermen" (PSJ) futbol klubu argentinalı hücumçu Mauro İkardiyə 10 milyon avro maaş vı bonuslar ilə müqavilə təklif etmək niyyətindədir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə öz "Twitter" səhifəsində İtaliyanın "La Gazzetta dello Sport" nəşrinin jurnalisti Nikolo Skira yazıb.

Onun sözlərinə görə, transferin məbləği təxminən 60 milyon avro olacaq.

Jurnalist bildirib ki, hazırda PSJ və "İnter" M.İkardinin tranferi üzrə onun agenti və həyat yoldaşı Vanda Nara ilə danışıqlar aparırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti