Bakı. Trend:
"Uembli" stadionunda futbol üzrə İngiltərə Kubokunun final qarşılaşması keçirilib.
Trend-in məlumatına görə, final qarşılaşmasında London şəhərinin təmsilçiləri "Arsenal" və "Çelsi" üz-üzə gəliblər.
Oyun "Arsenal"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Pyer-Emerik Obameyanq (28-ci və 67-ci dəqiqələr) və Kristian Pulişiç (5-ci dəqiqə) vurublar.
Beləliklə, "Arsenal" 14-cü dəfə İngiltərə Kubokunun qalibi olub.