Bakı. Trend:
Azərbaycanın "Qarabağ" futbol klubunun UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi məlum olub.
Trend-in məlumatına görə, "Qarabağ"ın rəqibi Moldovanın "Şerif" klubu və Lüksemburqun "Fola" klubu arasında keçirilən qarşılaşmadan sonra bəlli olub.
"Şerif" rəqibi üzərində 2:0 hesablı qələbə qazanıb. Bununla da II təsnifat mərhələsinə vəsiqə qazanan Moldova klubu "Qarabağ"ın rəqibi olub.
Xatırladaq ki, ötən gün "Qarabağ" I təsnifat mərhələsi çərçivəsində Şimali Makedoniyanın "Sileks" klubunu 4:0 hesabı ilə məğlub edib.