...

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone koronavirusa yoluxub

İdman Materials 13 Sentyabr 2020 00:29 (UTC +04:00)
"Atletiko"nun baş məşqçisi Dieqo Simeone koronavirusa yoluxub

Bakı. Trend:

İspaniyanın "Atletiko" (Madrid) futbol klubunun argentinalı baş məşqçisi Dieqo Simeone yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə futbol klubunun mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, baş məşqçinin xəstəliyi simptomsuz keçir və hazırda D.Simeone evində karantinə alınıb.

Qeyd edək ki, "Atletiko"nun İspaniya La Liqasının yeni mövsümündə ilk oyunu sentyabrın 15-də baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti