...

Vendel "Zenit"ə transfer ediləcək

İdman Materials 3 Oktyabr 2020 07:58 (UTC +04:00)
Vendel "Zenit"ə transfer ediləcək

Bakı. Trend:

Portuqaliyanın "Sportinq" futbol klubunun yarımmüdafiəçisi Vendel Rusiyanın "Zenit"inə transfer ediləcək.

Trend TASS-a istinadən xəbər verir ki, komandalar 23 yaşlı yarımmüdafiəçisinin transferi barədə razılıq əldə ediblər. Peterburq klubu "Sportinq"ə müqaviləyə əsasən 20 milyon avro ödəyəcək.

Bildirilir ki, Vendel beş illik müqavilə imzalayacaq. Braziliyalı 5 oktyabr tarixində tibbi müayinədən keçdikdən sonra transfer rəsmi olaraq elan ediləcək.

Vendel Braziliyanın "Fluminense" klubunun yetirməsidir. Yarımmüdafiəçi 2018-ci ilin qışında "Sportinq"ə keçib. Portuqaliya komandasında futbolçu 79 matç keçirib, 6 qol vurub və 8 faydalı ötürmə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti