Bakı. Trend:
Misir yığmasının və "Liverpul" klubunun hücumçusu Məhmməd Salahın təkrar koronavirus testinin nəticəsi müsbət olub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Misir yığmasının mətbuat xidmətindən bildiriblər.
Qeyd edək ki, daha əvvəl milli komandanın mətbuat xidməti M.Salahın koronavirusa yoluxduğunu açıqlamışdı, lakin bir müddət sonra bu barədə məlumatı silmişdi. Sonra milli komandanın üç oyunçusunun testinin nəticələrinin şübhəli olduğunu açıqlamışdı.