...

"Real" 20 yaşlı "Mançester Siti"nin futbolçusu Fodenlə maraqlanır

İdman Materials 28 Dekabr 2020 03:58 (UTC +04:00)
"Real" 20 yaşlı "Mançester Siti"nin futbolçusu Fodenlə maraqlanır

Bakı. Trend:

İspaniyanın “Real” futbol klubu İngiltərənin “Mançester Siti”sinin yarımmüdafiəçisi Fil Fodenin alınmasında maraqlıdır.

Trend-in məlumatına görə, "Real"ın bir neçə ildir Fodeni izlədiyi qeyd olunur. 20 yaşlı futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında yalnız iki dəfə "Mançester Siti"nin start heyətində meydançaya çıxıb. İspaniya klubu bu vəziyyətdən istifadə etmək istəyir.

Yarımmüdafiəçinin İngiltərə klubu ilə müqaviləsi 2024-cü ilə qədərdir.

Foden "Mançester Siti"nin yetirməsidir və 2017-ci ildən əsas heyətdə çıxış edir. Ümumilikdə, bu mövsüm futbolçu müxtəlif turnirlərdə 18 matçda iştirak edib və onlarda beş qol və dörd faydalı ötürmə ilə fərqlənib.

Xatırladaq ki, "Mançester Siti" 14 turdan sonra 26 xalla Premyer Liqa turnir cədvəlində beşinci, "Real" İspaniya liqasında 15 oyunda 32 xalla ikinci yerdədir.

Eyni zamanda, "Real" Madridin yarımmüdafiəçisi Isko komandanın kapitanı Serjio Ramos ilə qarşıdurmadan sonra komandadan transfer edilməsini istəyir.

Qeyd olunur ki, "Real"ın futbolçuları 28 yaşlı İskonun oyunundan narazıdır və heyətdə layiqincə yer almadığıni hesab edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti