Bakı. Trend:
Argentinalı mütəxəssis Maurisio Poçettino Fransanın "Pari Sen-Jermen" futbol klubunun baş məşqçisi təyin edilib.
Trend-in məlumatına görə, bu barədə futbol klubunun mətbuat xidmətindən bildirilib.
Daha əvvəl PSJ 2018-ci ildən komandanın baş məşqçisi vəzifəsində çalışan Tomas Tuxel ilə vaxtından əvvəl müqaviləyə xitam vermişdi.