...

Türkiyə Super Liqası: "Beşiktaş" "Qalatasaray"ı məğlub etdi

İdman Materials 17 Yanvar 2021 22:15 (UTC +04:00)
Türkiyə Super Liqası: "Beşiktaş" "Qalatasaray"ı məğlub etdi

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün Türkiyə Super Liqasının 18-ci turu çərçivəsində "Beşiktaş" "Qalatasaray"ı qəbul edib.

Trend-in məlumatına görə, oyun meydan sahibinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Josef (79-cu dəqiqə) və J.Nkudu (90+1-ci dəqiqə) vurublar.

Bundan əlavə, oyunun 58-ci dəqiqəsində "Qalatasaray"ın oyunçusu M.Diane qırmızı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, 18 turdan sonra "Beşiktaş" 38 xalla birinci yerdə, "Qalatasaray" isə 33 xall dördüncü yerdə qərarlaşıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti