...

İngiltərə Premyer Liqası: "Arsenal "Lester"ə qalib gəldi

İdman Materials 28 Fevral 2021 19:31 (UTC +04:00)
İngiltərə Premyer Liqası: "Arsenal "Lester"ə qalib gəldi

Bakı. Trend:

"Arsenal" klubu İngiltərə Premyer Liqasının (APL) 26-cı tur matçında səfərdə "Lester"i məğlub edib.

Trend TASS-a istinadən xəbər verir ki, görüş 3:1 hesabı ilə başa çatıb.

Qaliblər sırasında qolları David Luis və Alexander Lakazett, meydan sahibləri tərəfdən isə Yuri Tilemans vurublar.

Qələbə "Arsenal"a 37 xal toplamağa və çempionatda 9-cu yerə çıxmağa imkan yaratdı, "Lester"in 49 xalı var, klub üçüncü yeri tutur.

"Lester" növbəti turda martın 3-də, "Arsenal" isə 6-da "Bernli" ilə qarşılaşacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti