...

"Borussia" Almaniya futbol Kubokunun ilk yarımfinalçısı oldu

İdman Materials 3 Mart 2021 02:45 (UTC +04:00)

Bakı. Trend:

Dortmundun "Borussia" klubu Almaniya futbol Kubokunun 1/4 finalında Mönhenqladbaxın eyniadlı klubunu 1:0 hesabı ilə məğlub etdi.

Trend xəbər verir ki, qolu 66-cı dəqiqədə Ceydon Sanço vurub.

Dortmund "Borussiya"sı Almaniya Kubokunun 1/2 finalına ilk çıxan komanda oldu. 1/4 final mərhələsində "Essen" - "Holştayn", "Leipsiq" - "Volfsburq" və "Regensburq" - "Verder" komandaları arasında matçlar gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti