...

İngilitərə Premyer Liqasında ayın ən yaxşı futbolçusu və məşqçisi açıqlanıb

İdman Materials 3 Aprel 2021 05:21 (UTC +04:00)
İngilitərə Premyer Liqasında ayın ən yaxşı futbolçusu və məşqçisi açıqlanıb

Bakı. Trend:

İngiltərə Premyer Liqasının mart ayının ən yaxşı futbolçusu və məşqçisi elan edilib.

Trend Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə turnirin "Twitter" səhifəsində məlumat verilib.

Ən yaxşı oyunçu mükafatını "Lester" FK-nın forvardı Keleçi Ixeanaço alıb. Nigeriyalı hücumçu mart ayında keçirdiyi üç görüşdə 5 qol vurub. Ən yaxşı məşqçi mükafatı "Çelsi"nin baş məşqçisi Tomas Tuxelə verilib. Yanvarın sonunda londonlulara rəhbərlik edən alman mütəxəssis komandasının iki qələbə qazanmasına və bir matçda heç-heçə etməsinə nail olub.

Bundan əlavə, Premyer Liqada ayın ən yaxşı qol müəllifinin adı açıqlanıb. Bu mükafatı "Arsenal"a qarşı derbidə (1:2) fərqlənən "Tottenhemin"ın yarımmüdafiəçisi Erik Lamela qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti