...

Azərbaycanlı idmançı çoxnövçülükdə bədii gimnastika üzrə Avropa çempionatının finalına çıxıb

İdman Materials 22 Aprel 2021 23:05 (UTC +04:00)
Azərbaycanlı idmançı çoxnövçülükdə bədii gimnastika üzrə Avropa çempionatının finalına çıxıb

Bakı. Cani Babayeva - Trend:

Gimnastımız İvan Tixonov İsveçrənin Bazel şəhərində keçirilən bədii gimnastika üzrə Avopa çempionatında çoxnövçülükdə finala çıxıb.

Trend-in məlumatına görə, çempionatın ikinci günündə kişilərin arasında təsnifat mərhələsi keçirilib, Azərbaycanı yarışda Ağamurad Qəhrəmanov, İvan Tixonov və Nikita Simonov təmsil edib.

Çıxışların nəticələrinə görə, azərbaycanlı gimnast İvan Tixonov çoxnövçülük proqramı üzrə finala yüksəlib, onun altı hərəkət üzrə ümumi nəticəsi 81,432 xal (sərbəst hərəkətlər - 13,400 xal, gimnastika atı üzərində hərəkət - 13,166 xal, gimnastika üzüklər üzərində - 14,200 xal, dayaqlı tullanma - 14,200 xal, paralel çubuqlar - 13,833 xal, turnik - 12,633 xal).

Ağamurad Qəhrəmanov sərbəst hərəkətinə görə 12,766 xal, dayaqlı tullanma üzrə nəticəsi 13.400 xal, hakimlər paralel çubuqlarda 9,108 xal, turnikdə hərəkətlərə görə 9,933 xal verib. A.Qəhrəmanovun dörd məşq üçün ümumi nəticəsi 45,207 xal təşkil edib.

Nikita Simonov yalnız bir növdə - gimnastika üzüklər üzərində hərətlərdə çıxış edərək 14,000 xal toplayıb.

Bədii gimnastika üzrə Avopa Çempionatı 21-25 aprel 2021-ci il tarixlərində Bazeldə keçirilir. Yarışda dünyanın 38 ölkəsindən 268 idmançı iştirak edir.

Xatırladaq ki, ötən gün qadınlar arasında azərbaycanlı gimnast Marina Nekrasova dayaqlı tullanma proqramında Avropa çempionatının finalına çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti