...

Milli Gimnastika Arenası bədii gimnastika üzrə Dünya Kubokunu qəbul etməyə tam hazırdır (FOTO)

İdman Materials 4 May 2021 22:01 (UTC +04:00)
Milli Gimnastika Arenası bədii gimnastika üzrə Dünya Kubokunu qəbul etməyə tam hazırdır (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bakıdakı Milli Gimnastika Arenası bədii gimnastika üzrə Dünya Kubokunu qəbul etməyə tam hazırdır .

Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasından bildiriblər.

Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan Dünya Kuboku 7-9 May 2021 tarixlərində baş tutacaq.

Azərbaycanı fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova və Arzu Cəlilova, qrup hərəkətlərində isə Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət komanda təmsil edəcək.

Bakıda keçiriləcək Dünya Kubokunda 36 ölkədən 170-dən çox gimnastın iştirak edəcəyi gözlənilir.

Ənənəvi olaraq, yarış zamanı ən yüksək nəticə göstərən gimnasta və komandaya "AGF Trophy" Kuboku veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti