...

Bu gün Azərbaycan premyer liqasında 27-ci turun oyunları keçiriləcək

İdman Materials 14 May 2021 09:24 (UTC +04:00)
Bu gün Azərbaycan premyer liqasında 27-ci turun oyunları keçiriləcək

Bakı. Trend:

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçiriləcək.

Trend xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutacaq.

Açılış matçında “Qəbələ” doğma meydanda “Sabah”la üz-üzə gələcək.
Qalan üç oyun isə eyni saatda başlayacaq. Lider “Qarabağ” “Keşlə” ilə qarşılaşacaq, ikinci pillədə qərarlaşmış “Neftçi” “Sumqayıt”ın qonağı olacaq.

Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparan “Zirə” isə “Səbail”lə münasibətlərinə aydınlıq gətirəcək.

Azərbaycan Premyer Liqası
27-ci tur
14 may
“Qəbələ” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.
Qəbələ şəhər stadionu, 17:00.
“Zirə” – “Səbail”

Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Nahid Əliyev, Namiq Bəkirov.
Zirə İdman Kompleksinin stadionu, 19:00.“Qarabağ” – “Keşlə”
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Eyyub İbrahimov, Əliyar Ağayev.
Bakı. “Azersun Arena”, 19:00.
“Sumqayıt” – “Neftçi”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə.
Sumqayıt. “Kapital Bank Arena”, 19:00.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti