...

Karlo Ançelotti "Real Madrid"in baş məşqçisi təyin edilib

İdman Materials 2 İyun 2021 00:10 (UTC +04:00)
Karlo Ançelotti "Real  Madrid"in baş məşqçisi təyin edilib

Bakı.Trend:

İtaliyalı Karlo Ançelotti İspaniyanın "Real" futbol klubunun baş məçqçisi seçilib.

Trend-in "TASS"a verdiyi məlumata əsasən, bu barədə Madrid komandasının mətbuat xidməti bildirib. Müqavilə 3 illik nəzərdə tutulub. K.Ançelotti 27 mayda baş məşqçi yerini tərk etmiş Zinəddin Zidanı əvəz edəcək.

K.Ançelotti "Real"da 2013-2015-ci illərdə komandası ilə İspaniya Kubokunu, Çempionlar Liqasını, UEFA Super kubokunu və dünya klubları çempionatını qazanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti