...

AVRO-2020: İspaniya millisi İsveçlilərlə heç-heçə edib

İdman Materials 15 İyun 2021 01:37 (UTC +04:00)
AVRO-2020: İspaniya millisi İsveçlilərlə heç-heçə edib

Bakı. Trend:

İspaniya milli futbol komandası Avropa çempionatının qrup mərhələsinin ilk turunda İsveç millisi ilə heç-heçə edib.

Trend-in məlumatına görə, İspaniyanın Sevilya şəhərində keçirilən görüş 0:0 hesabı ilə başa çatıb.

Mövcud turnirdə ilk dəfə qarşılaşma qolsuz bərabərliklə başa çatdı.

Avropa çempionatında İspaniya və İsveç komandaları ikinci dəfə qarşılaşıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti