...

Finlandiyadakı azərbaycanlı azarkeşlər Neftçinin oyununa dəstək verəcək

İdman Materials 12 Avqust 2021 08:41 (UTC +04:00)
Finlandiyadakı azərbaycanlı azarkeşlər Neftçinin  oyununa dəstək verəcək

Bakı. Trend:

Avqustun 12-də Finlandiyanın paytaxtı Helsinki şəhərinin “Bolt Arena” stadionunda “Neftçi” klubu ilə Finlandiyanın HJK klubu qarşı-qarşıya gələcək.

Finlandiyada yaşayan 40 azərbaycanlı futbol azarkeşi oyunu stadionda canlı izləyəcək və komandamıza mənəvi dəstək göstərəcək. Azarkeşlərin oyunu canlı izləməsi təşəbbüsünü Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə koordinatoru Ülviyyə Cabbarova irəli sürüb, Diasporla İş üzrə Dövlət Komitəsi bu təşəbbüsü dəstəkləyib və azarkeşlərin biletlərini alıb.

Xatırladaq ki, HJK-“Neftçi” oyunu UEFA Avropa liqasının təsnifat mərhələsi çərçivəsində keçirilir. Bakıdakı ilk oyun heç-heçə başa çatıb. Bu cütlüyün qalibi növbəti mərhələdə Türkiyənin “Fənərbaxça” komandasına rəqib olacaq.
“Neftçi” klubuna beynəlxalq futbol matçında uğurlar arzu edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti