...

"Yuventus" İtaliya çempionatında "Udineze" ilə heç-heçə oynadı

İdman Materials 23 Avqust 2021 00:34 (UTC +04:00)
"Yuventus" İtaliya çempionatında "Udineze" ilə heç-heçə oynadı

Bakı. Trend:

Futbol üzrə İtaliya çempionatının ilk turunda Turinin "Yuventus" klubu "Udineze" ilə heç-heçə oynadı.

Trend "TASS"a istinadən xəbər verir ki, 2:2 hesabı ilə bitən görüş Udin şəhərindəki "Dacia Arena"da keçirilib.

"Yuventus"dan qolları Paolo Dibala (3-cü dəqiqə) və Xuan Kuadrado (23), "Udineze"dən isə Roberto Pereyra (51 - penaltidən) və Jerar Delofeu (84) vurublar. Matça əlavə olunan dördüncü dəqiqədə Kriştianu Ronaldonun qolu hakim videoassistenti (VAR) sistemindən istifadə edildikdən sonra ləğv olundu.

Növbəti turda "Yuventus" 28 avqustda öz meydanında "Empoli" ilə oynanılacaq, "Udineze" bir gün əvvəl "Venesiya"nı qəbul edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti