...

Üç il ərzində Bakıda keçiriləcək gimnastika yarışlarının təqvimi açıqlanıb

İdman Materials 23 Avqust 2021 15:50 (UTC +04:00)
Üç il ərzində Bakıda keçiriləcək gimnastika yarışlarının təqvimi açıqlanıb

Bakı. Cani Babayeva - Trend:

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə komitəsi 2022-2024-cü illərdə müxtəlif gimnastika növləri üzrə Dünya Kuboku yarışlarının təqvimini təsdiq edib.

Trend-in məlumatına görə, bu barədə qərar komitəinin videokonfrans formatında keçirilmiş iclasında verilib.

Yarış cədvəlinə əsasən, planlaşdırılan turnirlərdən yeddisi Bakıda keçiriləcək.

Qeyd olunur ki, Bakıda idman gimnastikası üzrə Dünya Kuboku yarışları 31 mart-3 aprel 2022-ci il, 9-12 mart 2023-cü il və 7-10 mart 2024-cü ildə keçiriləcək.

2022-ci il aprelin 22-24-də, 2023-cü il aprelin 21-23-də, 2024-cü il aprelin 19-21-də Bakı bədii gimnastika üzrə Dünya Kuboku yarışlarına ev sahibliyi edəcək.

Bununla yanaşı, Bakıda 2022-ci il fevralın 12-13-də batut gimnastikası üzrə Dünya Kuboku keçiriləcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti