...

"Mançester Yunayted" Ronaldunu ictimaiyyətə təqdim edib

İdman Materials 10 Sentyabr 2021 19:38 (UTC +04:00)
"Mançester Yunayted" Ronaldunu ictimaiyyətə təqdim edib

Bakı. Trend:

“Mançester Yunayted” Kriştianu Ronaldunu ictimaiyyətə təqdim edib.

Trend xəbər verir ki, təcrübəli hücumçunun transfer qiyməti 15 milyon avro təşkil edib. Bu məbləğ “Yuventus”a qarşıdakı 5 il ərzində ödənilməlidir. Bundan başqa, Ronaldu nailiyyətlər əldə edəcəyi təqdirdə Turin təmsilçisinə 8 milyon avro əlavə bonuslar da nəzərdə tutulub.

Kriştianu ilə 2 illik müqavilə imzalanıb. O, etimadı doğruldacağı halda sövdələşmə müddəti daha 1 il artırılacaq. Əvvəlcə komandanın baş məşqçisi Ule Qunnar Sulşerlə görüşən portuqaliyalı hücumçu artıq “qırmızı şeytanlar”ın düşərgəsində ilk məşqə də çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti