...

UEFA Çempionlar Liqası: "Real Madrid" öz meydanında "Şerif"ə məğlub olub

İdman Materials 29 Sentyabr 2021 01:17 (UTC +04:00)
UEFA Çempionlar Liqası: "Real Madrid" öz meydanında "Şerif"ə məğlub olub

Bakı. Trend:

Sentyabrın 29-da UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turuna start verilib.

Trend-in məlumatına görə, gecənin ən maraq doğuran görüşü Fransada keçirilib. “Paris Sen-Jermen” öz meydanında “Mançester Siti” komandasını qəbul edib.

Görüş Paris təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Paris Sen-Jermen” heyətində İdrissa Qeye və Lionel Messi fərqləniblər.

Günün digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

A qrupu

“Paris Sen-Jermen” (Fransa) – “Mançester Siti” (İngiltərə) - 2:0.

“Leyptsiq” (Almaniya) – “Brügge” (Belçika) - 1:2.

Qrupdakı vəziyyət: “Paris Sen-Jermen” - 4, “Brügge”- 4, “Mançester Siti” - 3,“Leyptsiq”- 0.

B qrupu

“Milan” (İtaliya) – “Atletiko Madrid” (İspaniya) - 1:2;

“Portu” (Portuqaliya) – “Liverpul” (İngiltərə) - 1:5.

Qrupdakı vəziyyət: “Liverpul” - 6, “Atletiko Madrid” - 4, “Portu”- 1, “Milan”- 0.

C qrupu

“Ayaks” (Niderland) – “Beşiktaş” (Türkiyə) - 2:0;

“Borussiya Dortmund” (Almaniya) – “Sportinq” (Portuqaliya) - 1:0.

Qrupdakı vəziyyət: “Ayaks”- 6, “Borussiya Dortmund” - 6, “Beşiktaş” - 0, “Sportinq”- 0

D qrupu

“Şaxtyor Donetsk” (Ukrayna) – “İnter” (İtaliya) - 0:0;

“Real Madrid” (İspaniya) – “Şerif” (Moldova) - 1:2.

Qrupdakı vəziyyət: “Şerif” - 6, “Real Madrid” - 3, “İnter”- 1, “Şaxtyor” - 1.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti