...

Ronaldunun qolları sayəsində "Mançester Yunayted" məğlubiyyətdən xilas oldu

İdman Materials 3 Noyabr 2021 02:12 (UTC +04:00)
Ronaldunun qolları sayəsində "Mançester Yunayted" məğlubiyyətdən xilas oldu

Bakı. Trend:

UEFA Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində İngiltərənin "Mançester Yunayted" klubu İtaliyanın "Atalanta" klubunun qonağı olub.

Trend-in məlumatına görə, oyun 2:2 hesablı heç-heçə ilə birib.

Meydan sahiblərinin heyətində qolları Yosip İliçiç və Duvan Sapata, qonaqlarda isə hər iki qolu Kriştiani Ronaldu vurub.

F qrupunun digər oyununda İspaniyanın "Vilyareal" klubu öz meydanın İsveçrənin "Yanq Boyz" klubunu məğlub edib (2:0).

Dörd turdan sonra "Mançester Yunayted" 7 xalla qrupda birinci yerdədir. İkinci yerdə Vilyareal (7 xal), üçüncü yerdə "Atalanta" (5 xal), dördünce yerdə isə "Yanq Boyz" (3 xal) qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti