...

Azərbaycanın U-21 yığması Norveçə uduzub

İdman Materials 16 Noyabr 2021 21:58 (UTC +04:00)
Azərbaycanın U-21 yığması Norveçə uduzub

Bakı. Trend:

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Trend xəbər verir ki, Milan Obradoviçin yetirmələri Norveçli həmyaşıdlarını qəbul edib.

"Bakcell Arena"da baş tutan qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində yeganə qolu 80-ci dəqiqədə İsmayıl Zülfüqarlı vurub. Rəqibdən isə 4-cü dəqiqədə Yohan Hove və 53-cü dəqiqədə Osame Sahraui fərqləniblər.

Qeyd edək ki, hazırda Azərbaycan yığması A qrupunda 6 oyundan 1 xalla 5-ci pillədə qərarlaşıb. Norveç isə 15 xalla Xorvatiya ilə birlikdə 1-2-ci yerləri bölüşdürürlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti