...

Azərbaycan karateçisi İrina Zaretska dünya çempionu adını qazanıb

İdman Materials 20 Noyabr 2021 18:14 (UTC +04:00)
Azərbaycan karateçisi İrina Zaretska dünya çempionu adını qazanıb

Bakı. Trend:

Dubayda keçirilən karate üzrə dünya çempionatında Azərbaycan karateçisi İrina Zaretska qızıl medal qazanıb.

Trend-in məlumatına görə, 68 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda italiyalı Silvia Semeraroya qalib gəlib.

Kumite üzrə komanda yarışında isə yığmamız bürünc medal uğrunda Özbəkistanla üz-üzə gələcək.

Qeyd edək ki, bundan əvvəl karateçimiz Asiman Qurbanlı (+84 kq) dünya çempionatında bürünc medala sahib olub. Azərbaycan çempionata 17 karateçi ilə qatılıb. Çempionata noyabrın 21-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti