...

Bakıda qadınlar arasında batut gimnastikası proqramında finalçılar müəyyənləşib.

İdman Materials 28 Noyabr 2021 14:54 (UTC +04:00)
Bakıda qadınlar arasında batut gimnastikası proqramında finalçılar müəyyənləşib.

Bakı. Cani Babayeva - Trend:

Bakıda batut gimnastikası və tamblinq üzrə 28-ci Dünya Yaş Qrupu Yarışlarının final günündə 11-12 yaş qrupu üzrə qadınlar arasında batut gimnastikası üzrə fərdi proqramda finalçılar müəyyənləşib.

Trend-in məlumatına görə, finala Darya Morozova (Rusiya, 91,725 ​​xal), Letisiya Radaelli (İtaliya, 90,845 xal), Arina Şarifullina (Rusiya, 90,795 xal), Anna Muzyka (Belarus, 89,420 xal), Yuri Çiyonobu (Yaponiya, 89,420 xal), E.Nikolaeva (Rusiya, 89,010 xal), Radost Peeva (Bolqarıstan, 89,005 xal) və Maqdalena Kisyova (Bolqarıstan, 88,820 xal) çıxıblar.

Gimnastımız Səma Cəfərova finala vəsiqə qazana bilməyib, o, 77,125 xalla 31-ci yeri tutub.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışlarında 32 ölkədən 650 idmançı iştirak edir.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışırlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edirlər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edir. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti