...

PSJ rekord sayda Messinin soyadı olan forma satıb

İdman Materials 23 Dekabr 2021 01:31 (UTC +04:00)
PSJ rekord sayda Messinin soyadı olan forma satıb

Bakı. Trend:

Argentinalı hücumçu Lionel Messinin PSJ-yə transferi argentinalının soyadı olan formaların satışında rekordla yadda qalıb.

Trend-in "Goal"a istinadən verdiyi məlumata görə, bunu klubun direktorlarından biri Mar Armstronq deyib.

Onun sözlərinə görə, L.Messi kluba keçdikdən sonra PSJ rekord sayda argentinalının soyadı olan forma satıb. Ümumilikdə təxminən bir milyona yaxın forma satılıb.

Mar Armstronq vurğulayıb ki, pandemiyanın nəticələri olmasaydı, bu rəqəm daha çox ola bilərdi.

Həmçinin L.Messinin transferi parislilərə yeni tərəfdaşlar və sponsorlar cəlb etməyə imkan verib. M.Armstronq qeyd edib ki, argentonalı hücumçunun "Barselona"dan PSJ-yə transferi ilə bağlı xəbərlərin təsdiqlənməsindən dərhal sonra əməkdaşlıq təklifləri gəlməyə başlayıb. "Autohero", "Crypto.com", "Smart Good Things" kimi brendlərlə müqavilələr imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti