...

"Monako" futbol klubunun yeni baş məşqçisi təyin edilib

İdman Materials 3 Yanvar 2022 22:39 (UTC +04:00)
"Monako" futbol klubunun yeni baş məşqçisi təyin edilib

Bakı. Trend:

Belçikanın "Brügge" klubuna rəhbərlik edən Filip Kleman “Monako” futbol klubunun baş məşqçisi təyin edilib.

Trend-in məlumatına görə, bu barədə "Monako"nun mətbuat xidməti bildirib.

Məlumata əsasən, 47 yaşlı belçikalı mütəxəssislə müqavilə 3 mövsümlük imzalanıb. F.Kleman yanvarın 1-də istefaya göndərilən Niko Kovaçı əvəzləyib.

F.Kleman 2019-cu ildən "Brügge"yə rəhbərlik edib və klub ilə iki dəfə çempionluğu qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti