...

Fatih Terim "Qalatasaray"dan ayrıldı

İdman Materials 10 Yanvar 2022 15:56 (UTC +04:00)
Fatih Terim "Qalatasaray"dan ayrıldı

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin "Qalatasaray" futbol klubunun baş məşqçisi Fatih Terim istefaya göndərilib.

Trend-in məlumatına görə, bunu İstanbul klubunun prezidenti Burak Elmas elan edib.

Qeyd olunur ki, qərar "Qalatasaray"ın idarə heyətinin bugünkü iclasında qəbul edilib.

Xatırladaq ki, F.Terim 2017-ci ildə klubun baş məşqçisi təyin olunmuşdu. O, bundan əvvəl 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə də kluba rəhbərlik etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti