...

Balotelli 2018-ci ildən bəri ilk dəfə İtaliya milli futbol komandasına çağırılıb

İdman 25 Yanvar 2022 01:22 (UTC +04:00)
Balotelli 2018-ci ildən bəri ilk dəfə İtaliya milli futbol komandasına çağırılıb

Bakı. Trend:

Türkiyənin "Adana Dəmirspor" futbol klubunun hücumçusu Mario Balotelli İtaliya millisinin yanvarda keçiriləcək təlim-məşq toplanışına dəvət alıb.

Trend-in məlumatına görə, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat ximdəti bildirib.

Dünya çempionatının seçmə mərhələsinin pley-off mərhələsinə hazırlıq məqsədilə yanvarın 26-dan 28-dək keçiriləcək təlim-məşq toplanışına 35 nəfər çağırılıb.

M.Balotelli üçün bu, 2018-ci ilin sentyabrından bəri İtaliya millisinə ilk dəvətdir. Həmin vaxtda hücumçu Millətlər Liqasının Polşa komandası ilə oyununda (1:1) meydana daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti