...

UEFA "Qarabağ"la oyunda baş verən erməni təxribatına görə "Marsel"i cərimələyib

İdman Materials 8 Mart 2022 01:40 (UTC +04:00)
UEFA "Qarabağ"la oyunda baş verən erməni təxribatına görə "Marsel"i cərimələyib

Bakı. Trend:

UEFA Fransanın "Marsel" futbol klubunu 44 250 dollar məbləğində cərimələyib.

Trend-in məlumatına görə, UEFA-nın qərarında deyilib ki, təxribat xarakterli və siyasi şüarlara görə komanda 20 min dollar cərimələnəcək.

Bundan başqa, komanda tamaşaçıların hərəkətinin düzgün təşkil edilməməsinə və azarkeşlərin fişənglərdən istifadəsinə görə əlavə 24 250 dollar cərimə ödəməli olacaq.

Qeyd edək ki, fevralın 17-də "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununda Ağdam klubu Fransa "Marsel"inin qonağı olub. "Velodrom" stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Stadiondakı bir qrup erməni azarkeş tərəfindən qarşılaşmanın gedişində təxribat xarakterli banner açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti