...

Bakıda akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının bağlanış mərasimi keçirilib (FOTO)

İdman Materials 13 Mart 2022 20:22 (UTC +04:00)
Bakıda akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının bağlanış mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Martın 13-də Bakıda Milli Gimnastika Arenasında Akrobatika Gimnastikası üzrə 28-ci Dünya çempionatının bağlanış mərasimi keçirilib.

Trend-in məlumatına görə, dünya çempionatında iştirak edən ölkələrin bayraqlarının paradı olub.

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bayrağının təhvil verilməsi mərasimi keçirilib. Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə bayrağı Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabeyə, o da öz növbəsində bayrağı İsrail Gimnastika Federasiyasının nümayəndəsi Zina Harrisə təqdim edib. Qeyd edək ki, akrobatika gimnastikası üzrə növbəti dünya çempionatı İsraildə keçiriləcək/

Sonra tədbirdə heyrətamiz dərəcədə gözəl gimnastika tamaşası nümayiş etdirilib.

Qeyd edək ki, martın 10-13-də Bakıda Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatı keçirilib. Çempionatda dünyanın 17 ölkəsindən 170 gimnast iştirak edib.

Yarışlarda qadın, qarışıq və kişi cütlüklər, qadın və kişi qrupları tərkibində gimnastlar tarazlıq, temp və kombinə edilmiş hərəkətləri təqdim ediblər.

Azərbaycan yığmasının Dünya Çempionatında üç medalı aktivində var. Ağasif Rəhimov və Raziyə Seyidlinin gümüş, Daniel Abbasov və Murad Rəfiyevin iki bürünc medal qazanıb.

Xəbər lenti

Xəbər lenti