...

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın idmana qayğısı sayəsində bu gün Bakı dünya gimnastikasının əsas mərkəzlərindən biridir - Mariana Vasileva (FOTO)

İdman Materials 22 Aprel 2022 12:20 (UTC +04:00)
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın idmana qayğısı sayəsində bu gün Bakı dünya gimnastikasının əsas mərkəzlərindən biridir - Mariana Vasileva (FOTO)

Bakı. Trend:

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın idmana qayğısı sayəsində bu gün Bakı dünya gimnastikasının əsas mərkəzlərindən biridir.

Trend xəbər verir ki, bunu Gənclər və İdman nazirinin müavini Mariana Vasileva Bədii Gimastika üzrə Dünya Kubokunun açılış mərasimində çıxışı zamanı deyib.

Mariana Vasileva bildirib ki, bu gün Bakı şəhəri daha bir nüfuzlu yarışı qəbul edir.

"Ölkəmizdə idmana dövlət tərəfindən böyük qayğı və diqqət var. Buna görə də, idman uğurlarımız artır, Azərbaycanda gimnastika ilbəil daha da inkişaf edir.

Ölkəmizdə yaradılmış şərait həm idmançıların hazırlığı, eləcə də, digər beynəlxalq yarışı yüksək səviyyədə təşkil etməyə imkan verir. Bu gün Milli Gimnastika Arenası təkcə Azərbaycanın deyil, bir çox xarici ölkələrin gimnastlarının sevimli mərkəzlərindən birinə çevrilib. Bütün qitələrdən gimnastlar böyük həvəslə buraya təlim-məşqlərə və yarışlara gəlirlər. Bu gün Bakı dünya gimnastikasının əsas mərkəzlərindən biridir.

Bütün bunlar Azərbaycan dövlətinin idmana qayğısı sayəsində mümkün olub. Bu qayğıya, bu cür şəraitə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarıq", - deyə Mariana Vasileva əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti